Yehovanın Şahidlərinin rəsmi veb-saytı

Ön səhifə Beliefs Future Medical Topics Bizimlə əlaqə yaradın Publications Languages
Müqəddəs Kitab

Müqəddəs Kitab əslində nə öyrədir?

Allahın niyyəti bu idimi?


FƏSİLLƏR

  1. Allah haqqında həqiqət
  2. Müqəddəs Kitab Allahın hədiyyəsidir
  3. Allahın Yer üçün niyyəti nədən ibarətdir?
  4. İsa Məsih haqqında həqiqət
  5. Fidiyə Allahın ən böyük hədiyyəsidir
  6. Ölənlər haradadırlar?
  7. Ölən əzizlərimiz üçün həqiqi ümid
  8. Allahın Padşahlığı nədir?
  9. «Axır günlərdə»mi yaşayırıq?
  10. Ruhani varlıqlar bizə tə’sir edə bilərmi?
  11. Allah əzablara nə üçün yol verir?
  12. Allahı sevindirən həyat tərzi
  13. Həyata düzgün münasibət
  14. Ailədə xoşbəxtliyə necə nail olmaq olar?
  15. Allahın bəyəndiyi ibadət
  16. Həqiqət yolunu tutun
  17. Duada Allaha yaxınlaşın
  18. Vəftiz və Allahla dostluq
  19. Allahın məhəbbətində qalın

Bu səhifəni çap et Bu səhifəni çap et

İSTƏNİLƏN qəzeti oxuduqda, televizora baxdıqda və ya radioya qulaq asdıqda bütün dünyada cinayətin, müharibələrin və terrorizmin hökm sürdüyünü görürük! Eyni zamanda şəxsi problemləriniz haqqında da düşünün. Ola bilsin, əzizlərinizdən kiminsə xəstəliyinə və ya ölümünə görə kədər içindəsiniz, bə’zən özünüzü «necə də biçarəyəm» deyən Əyyub kimi hiss edirsiniz (Əyyub 10:15).

Növbəti sualların üzərində düşünün:

Müqəddəs Kitab bu suallara inandırıcı cavab verir.

MÜQƏDDƏS KİTAB, ALLAHIN YER ÜZÜNDƏ BELƏ GÖZƏL DƏYİŞİKLİKLƏR EDƏCƏYİNİ ÖYRƏDİR:

Qoca kişi yenidən gəncləşir

«Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də aǧrı olacaqdır» (Vəhy 21:4).


Şikəst qız yendən qaçır

«Axsaqlar ceyran kimi hoppanacaq» (Yeşaya 35:6).


Kor kişinin gözləri görür

«Korların gözləri... açılacaq» (Yeşaya 35:5).


Əzizinin dirildiyini görüb sevinən qadın

«Qəbirlərdə olanların hamısı... çıxacaqlar» (Yəhya 5:28).


Xəstə oğlan sağalır

Heç kim «“xəstəyəm” deməyəcək» (Yeşaya 33:24).


Taxıl zəmisi

«Ölkənin zəmiləri bol» olacaq (Məzmur 72:16).


MÜQƏDDƏS KİTABI TƏDQİQ EDİN

İki kişi Müqəddəs Kitabı araşdırır

Deyilənləri həyata keçməz bir arzu kimi inkar etməyə tələsməyin. Çünki bu və’dləri verən Allahdır və Müqəddəs Kitab Onun bunları necə yerinə yetirəcəyini izah edir.

Bundan əlavə, Müqəddəs Kitab artıq indidən mə’nalı və layiqli həyat sürməyimizə kömək edə bilər. Şəxsi narahatçılıqlarınız barədə düşünün. Maddi çətinliklər, xəstəliklər, ailə problemləri və əzizlərinizdən kiminsə ölümü həyatınızı kədərli edən problemlərdən yalnız bir neçəsi ola bilər. Ancaq Müqəddəs Kitab onların öhdəsindən gəlməyinizə və vacib suallarınıza cavab verməklə təsəlli tapmaǧınıza kömək edər:

Bu kitabı oxumaǧınız Müqəddəs Kitab həqiqətlərini tapmaq istədiyinizi göstərir. Bu nəşr Müqəddəs Kitabın əslində nə öyrətdiyini bilməyinizə kömək edəcək. Diqqət yetirin ki, hər səhifədə abzaslara dair suallar var. Milyonlarla insanlar Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı sual-cavab vasitəsilə öyrənirlər. Ümid edirik ki, bu öyrənmə üsulu sizin də xoşunuza gələcək. Sizə səmərəli öyrənmə arzu edirik. Qoy Allah Müqəddəs Kitabın əslində nə öyrətdiyini öyrənmək cəhdinizə xeyir-dua versin!

MÜQƏDDƏS KİTABLA YAXINDAN TANIŞ OLUN

Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB 66 kitab və məktubdan ibarətdir. İstifadə edilməsi asan olsun deyə, onlar fəsillərə və ayələrə bölünüb. Bu nəşrdə Müqəddəs Kitab ayələri gətirildikdə, kitabın və ya məktubun adından sonra gələn birinci rəqəm fəsli, iki nöqtədən sonrakı rəqəm isə ayəni göstərir. Məsələn, «2 Timoteyə 3:16» yazılanda, bu göstərir ki, mə’lumat Timoteyə ikinci məktubun 3-cü fəslinin 16-cı ayəsində yerləşir.

Əgər bu kitabda gətirilən ayələri açsanız, Müqəddəs Kitabdan istifadə etməyi daha tez öyrənəcəksiniz. Müqəddəs Kitabı hər gün oxumaǧa çalışın. Əgər hər gün üç-beş fəsil oxusanız, Müqəddəs Kitabı bir ilə oxuyub qurtara bilərsiniz.

YuxarıNövbəti

2006-cı ildə çap edilib